Xamenei yüzlərlə məhbusu əfv etdi
Tarix: Dünən, 23:38
Baxılıb: 8 004
Google+ Paylaş
Tumblr Paylaş

Xamenei yüzlərlə məhbusu əfv etdi

Dünən, 23:38

Bu gün Ali rəhbər Müctəba Xameneinin razılığı ilə bir qrup məhbusun əfv edildiyi və cəzalarının yüngülləşdirildiyi açıqlanıb.
AvroMedia.Az
“Tasnim News”a istinadla xəbər verir ki, bu barədə İran Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü məlumat yayıb.
 Rəsmi məlumata görə, əfv edilənlər arasında ilk dəfə olaraq ölüm hökmünə məhkum edilmiş 139 nəfər də yer alıb. Bildirilib ki, bu şəxslərin işlərində şəxsi şikayətçi olmayıb və onlar təhlükəsizlik xarakterli cinayətlərə görə məhkum edilməyiblər.
Məhkəmə sözçüsü qeyd edib ki, bir çox ölkələr böhran və münaqişə dövrlərində əfv qərarları verməkdən çəkinsə də, İran bu məsələdə “İslam mərhəməti” prinsipinə üstünlük verir.
Eyni zamanda vurğulanıb ki, təhlükəsizlik məsələləri və son hadisələrlə əlaqədar məhkum olunmuş şəxslər əfv siyahısına daxil edilməyiblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ