Köpəkbalığı hücumundan sonra çimərliklər bağlandı
Tarix: Bu gün, 15:46
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Köpəkbalığı hücumundan sonra çimərliklər bağlandı

Bu gün, 15:46

Avstraliyanın Sidney şəhərində 35 yaşlı qadın şəhərin şərqində yerləşən Kougi çimərliyində köpəkbalığının hücumuna məruz qalaraq ağır xəsarətlər alıb.

AvroMedia.Az xəbər verir ki, "Reuters"in məlumatına görə, hadisə sahildən təxminən 30 metr aralıda baş verib. Şahidlər qadını sudan çıxararaq dərhal ona ilkin tibbi yardım göstəriblər.

Polisin açıqlamasına əsasən, qadının qolu və ayağı ciddi şəkildə zədələnib.

Hadisə şahidlərinin dediyinə görə, hücumdan sonra suda böyük qan ləkəsi yaranıb. 

Hadisədən sonra Kougi çimərliyi və Rendvik rayonundakı digər çimərliklər ən azı 24 saat müddətinə bağlanıb. Rəsmilər suya girişin bərpasının təhlükəsizlik qiymətləndirməsindən asılı olacağını bildiriblər.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ