Qətər ölkə banklarında İrana məxsus dondurulmuş 24 milyard dolların taleyi ilə bağlı yaranmış danışıqlar böhranını aradan qaldırmaq üçün Tehrana ümumilikdə 12 milyard dollarlıq yeni maliyyə paketi təklif edib.
AvroMedia.Az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, rəsmi Tehran və Vaşinqton arasında dondurulmuş vəsaitlərin geri qaytarılması mexanizmi üzərində ciddi fikir ayrılığı yaranıb.
İran tərəfi aktivlərin yarısının memorandumun ilkin mərhələsində, qalan yarısının isə yekun razılaşma zamanı blokdan çıxarılmasını təklif etsə də, Amerika tərəfi bu şərtlə razılaşmayıb. Yaranmış dalandan çıxmaq üçün vasitəçi rolunda çıxış edən Qətər yeni planını dövriyyəyə buraxıb.
Rəsmi Dohanın təklif etdiyi yeni kompromis plana əsasən, 6 milyard dollar 2023-cü ildə (İranın mərhum Prezidenti İbrahim Rəisinin dövründə) əldə olunmuş çərçivə razılaşmasına uyğun olaraq, Qətər banklarında dondurulmuş İran aktivlərinin sərbəst buraxılması hesabına təmin ediləcək. Bu vəsait əvvəlki qaydada qüvvədə qalan məhdudiyyətlərə tabe olacaq və yalnız humanitar məqsədlər üçün istifadə edilə bilər.
Qeyd olunur ki, digər 6 milyard dolları isə Qətər İrana kredit və ya kredit xətti şəklində təqdim edəcək. Bildirilir ki, humanitar vəsaitdən fərqli olaraq, bu əlavə 6 milyard dollarlıq kredit xəttindən İran tərəfi tamamilə sərbəst şəkildə istifadə etmək hüququna malik olacaq.

Şəxsi görüş ləğv olundu -Razılaşma onlayn imzalanacaq
Naxçıvana uçan təyyarə ildırımlı havaya görə geri qayıtdı
Tramp tarixi qərarı açıqladı - İranla sabah müqavilə imzalanacaq
İranın bəzi deputatları ABŞ ilə danışıqlara qarşıdır
Kasko sığortanı seçənlər problem yaşamamaq üçün nə etməlidirlər?
Toylarda spirtli içkilər qadağan edilir?
Azərbaycan nefti ucuzlaşıb
Sabah Türkiyənin matçı var
İranda Əli Xamenei ilə vida və dəfn mərasimlərinin tarixləri elan edilib
Köpəkbalığı hücumundan sonra çimərliklər bağlandı
Rus dili qorunan dillər siyahısından çıxarıldı