Bilman İSAQ
“Bir kərə yüksələn bayraq...” – Azərbaycanın Müstəqillik Günü milli qürur və dövlətçilik salnaməsi kimi
Azərbaycan xalqının tarixində 28 May təkcə təqvim günü deyil, milli dövlətçilik iradəsinin, azadlıq amalının və istiqlal düşüncəsinin təntənəsidir. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan xalqı Şərqdə ilk demokratik parlament respublikasını quraraq dünya siyasi tarixinə mühüm imza atdı. Bu tarix müasir Azərbaycan dövlətçiliyinin ideoloji və siyasi təməlini təşkil edir.
XX əsrin əvvəllərində dünyada baş verən mürəkkəb geosiyasi proseslər, imperiyaların dağılması və milli azadlıq hərəkatlarının güclənməsi Azərbaycan xalqının da istiqlal arzularını reallığa çevirdi. Çar Rusiyasının süqutundan sonra yaranmış siyasi boşluq xalqımızın milli liderlərinə tarixi fürsət yaratdı. Nəticədə Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər ziyalıların rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti elan olundu.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa müddətdə mühüm dövlətçilik ənənələri formalaşdırıldı. Parlament yaradıldı, milli ordu quruldu, dövlət atributları qəbul edildi, qadınlara seçki hüququ verildi, ana dilinin dövlət dili kimi tətbiqinə başlanıldı. Həmin dövr üçün bu addımlar yalnız regionda deyil, bir çox Avropa ölkələri ilə müqayisədə belə qabaqcıl siyasi qərarlar hesab olunurdu.
Cümhuriyyətin əsas üstünlüklərindən biri onun demokratik və hüquqi dövlət prinsiplərinə söykənməsi idi. Milli, dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqları qorunurdu. Bu isə Azərbaycan xalqının əsrlər boyu formalaşmış tolerantlıq və multikulturalizm ənənələrinin dövlət səviyyəsində təsdiqi idi.
Lakin 1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində Cümhuriyyət süquta uğradı. Bununla belə, xalqın istiqlal arzusu heç vaxt sönmədi. Sovet hakimiyyəti illərində belə müstəqillik ideyası xalqın milli yaddaşında yaşadı və gələcək nəsillərə ötürüldü.
1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Lakin həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, daxili qarşıdurmalar və xarici təhdidlər dövlətçiliyi ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Belə bir çətin məqamda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil Azərbaycan dövlətini parçalanmaqdan xilas etdi, siyasi sabitliyi təmin etdi və dövlət quruculuğu prosesini yeni mərhələyə çıxardı.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs nəticəsində Azərbaycan qısa müddətdə regionun aparıcı dövlətinə çevrildi. Milli ordu formalaşdırıldı, beynəlxalq münasibətlər sistemi quruldu, iqtisadi inkişaf strategiyası müəyyən edildi və Azərbaycanın dünya birliyində nüfuzu artdı. Məhz bu uzaqgörən siyasətin nəticəsi olaraq bu gün Azərbaycan öz suverenliyini tam təmin etmiş güclü dövlət kimi çıxış edir.
İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib. Xüsusilə Vətən müharibəsində əldə olunan tarixi Zəfər və ölkənin ərazi bütövlüyünün tam bərpa olunması Azərbaycan dövlətinin gücünü və milli birliyini bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan Cənubi Qafqazın əsas siyasi və iqtisadi güc mərkəzi kimi qəbul olunur.
Müstəqillik Günü həm də keçmişə ehtiram, gələcəyə məsuliyyət çağırışıdır. Bu tarix bizə xatırladır ki, dövlət müstəqilliyi böyük fədakarlıqlar hesabına qazanılıb və onun qorunması hər bir vətəndaşın müqəddəs borcudur. Azərbaycan xalqı artıq sübut edib ki, öz dövlətinə sahib çıxmağı, onu qorumağı və inkişaf etdirməyi bacaran qüdrətli xalqdır.
Bu gün Azərbaycan bayrağı işğaldan azad olunmuş torpaqlarda qürurla dalğalanırsa, bu, həm 1918-ci ildə əsası qoyulan Cümhuriyyət ideyalarının, həm də müasir dövlətçilik strategiyasının təntənəsidir. Məhz buna görə də Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı bu gün də aktuallığını qoruyur:

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.”

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb