Hörmüz boğazında iki neft tankeri partlayıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, Hörmüz boğazının cənubunda yerləşən mina sahəsindən keçməyə çalışan iki neft tankeri partlayaraq alovlanıb.
Qeyd edilib ki, bölgədəki vəziyyət ABŞ-ın son hərbi əməliyyatlarından sonra daha da gərginləşib və Hörmüz boğazı hazırda “təhlükəli və tamamilə bağlanmış” vəziyyətdədir.
Vurğulanıb ki, ABŞ-nin hücumları dayandırılmayana qədər boğaz vasitəsilə neft, təbii qaz və digər məhsulların ixracı mümkün olmayacaq.
İnqilab Keşikçiləri Korpusu həmçinin dənizçilərə təhlükəsizlik məqsədilə mina sahələrinə yaxınlaşmamaq və bölgəyə daxil olmamaq barədə xəbərdarlıq edib.

Moskvaya dron hücumu
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...