Ağlayan uşağı sakitləşdirən "sehrli" söz
Tarix: Bu gün, 18:58
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Bu gün, 18:58

Valideynlər üçün ən çətin anlardan biri ağlayan və sakitləşməyən uşaqla qarşılaşmaqdır. Psixoloqlar bildirirlər ki, belə vəziyyətdə istifadə olunan sözlər uşağın emosiyalarını idarə etməsinə kömək edə bilər.
AvroMedia.Az
  Medicina.az-a istindən xəbər verir ki, mütəxəssis Rebekka Veksner "indi" ifadəsinin uşağa yaşadığı hisslərin müvəqqəti olduğunu anlatmağa kömək etdiyini bildirib. Məsələn, "Sən indi kədərlisən, amma bu keçəcək" demək uşağın özünü daha təhlükəsiz hiss etməsini təmin edə bilər.
Psixoloqlar həmçinin valideynlərə sakit və alçaq səslə danışmağı, uşağın göz səviyyəsinə enməyi və diqqətini başqa fəaliyyətə yönəltməyi tövsiyə edirlər. Onların fikrincə, uşağın hisslərini kiçiltmək əvəzinə, onu başa düşdüyünüzü göstərmək daha effektiv nəticə verir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ