AvroMedia.Az Plat.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk yarısı üzrə bankın ümumi depozit portfelinin həcmi 1 mlrd. 99 mln. manata bərabər olub. Bu isə ilin əvvəli ilə müqayisədə 19% və ya 257,4 mln. manat azdır. İlin əvvəlində bankın depozit portfelinin cəmi həcmi 1 mlrd. 357,2 mln. manat təşkil etmişdi.
Ən çox azalma “Bank Respublika”nın hüquqi şəxslər üzrə depozit portfelində müşahidə olunub. Şirkətlər 6 ayda bankdan 256 mln. manat vəsaiti geri çəkiblər. Belə ki, bankın hüqiqi şəxslər üzrə depozit portfeli ilin əvvəlində 753,4 mln. manat təşkil edibsə, bu il iyulun 1-nə 497,4 mln. manata qədər enib. Fiziki şəxslər üzrə portfeldə isə cüzi azalma müşahidə olunub. Əhalinin bankdakı əmanətləri 1,4 mln. manat azalaraq 603,7 mln. manatdan 602,3 mln. manata enib.
Ümumilikdə isə bankın cəmi öhdəlikləri bu ilin iyulun 1-nə 2 mlrd. 447,4 mln. təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1,2% azdır. Bundan əlavə, bankın cəmi aktivləri 0,3% azalaraq 2 mlrd. 717 mln. manata enib.
Qeyd edək ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

İstidə ətrin əsas təhlükəsi
ABŞ İranın Qeşm adasına yeni raket zərbələri endirdi
İrandan adalarla bağlı ABŞ-yə xəbərdarlıq
İnsultun gecə ƏLAMƏTLƏRİ
Bu kolleclərə tələbə getmir - Boş qalan plan yerlərinin SİYAHISI
"Qarabağ"ın bugünkü matçı canlı yayımlanmaya bilər
Bakı–Balakən-Bakı qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
Azərbaycanlı dənizçilərə çağırış edildi
İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi