Alzheimer xəstəliyi riskini artıran amillər
Tarix: Bu gün, 11:19
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Alzheimer xəstəliyi riskini artıran amillər

Bu gün, 11:19

"Piylənmə, ürək-damar xəstəlikləri, diabet və eşitmə pozğunluqları Alzheimer xəstəliyinin yaranma riskini əhəmiyyətli dərəcədə artırır".
AvroMedia.Az
  xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə terapevt Daniil Trints məlumat verib.
Həkimin sözlərinə görə, kəllə-beyin travmaları, depressiya, siqaret çəkmək, alkoqoldan sui-istifadə və fiziki aktivliyin azlığı da xəstəliyin əsas risk faktorları sırasındadır.
O bildirib ki, 65 yaşdan yuxarı şəxslər və genetik meyilliyi olan insanlar da yüksək risk qrupuna daxildir.
Alzheimer riskini azaltmaq üçün mütəxəssis kifayət qədər yatmağı, müntəzəm fiziki fəaliyyətlə məşğul olmağı və MIND pəhrizinə əməl etməyi tövsiyə edib. Bu qidalanma modelinə yarpaqlı yaşıl tərəvəzlər, giləmeyvələr, qoz-fındıq, tam taxıllar, zeytun yağı, balıq, quş əti, paxlalılar və digər tərəvəzlər daxildir.
Həkim həmçinin vurğulayıb ki, Alzheimer xəstəliyinin profilaktikasında sosial əlaqələrin qorunması da mühüm rol oynayır. Onun sözlərinə görə, ailə üzvləri və dostlarla müntəzəm ünsiyyət, ictimai fəaliyyətlərdə iştirak və yeni insanlarla tanışlıq zehni aktivliyi stimullaşdıraraq idrak funksiyalarının qorunmasına kömək edir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ