Yenə tədbir zamanı mürgülədi.
Tarix: 12-05-2026, 10:03
Baxılıb: 8 107
Google+ Paylaş
Tumblr Paylaş

Yenə tədbir zamanı mürgülədi.

12-05-2026, 10:03

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbir zamanı kameralar qarşısında qısa müddət mürgüləyərkən görüntülənib.
AvroMedia.Az  xəbər verir ki, Oval ofisdə təşkil olunan proqramda “Medicare və Medicaid” Xidmətləri Mərkəzinin (CMS) direktoru Mehmet Öz, respublikaçı senator Keti Britt və ABŞ Səhiyyə Nazirliyinin rəsmisi Doroti Fink də iştirak edib.
Tədbir çərçivəsində amerikalı qadınları daha çox uşaq sahibi olmağa təşviq etmək məqsədilə hazırlanmış yeni internet platformasının təqdimatı keçirilib. Çıxışlar davam edərkən Trampın gözlərini yumduğu və yorğun göründüyü anlar kameralara əks olunub.
Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan görüntülərdən sonra ABŞ mediasında Trampın son dövrlərdə ictimai tədbirlərdə tez-tez yorğun və halsız göründüyü ilə bağlı iddialar yenidən gündəmə gəlib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ