ABŞ yaxın günlərdə anomal istilər nəticəsində meşə yanğınlarından, eləcə də güclü yağışlar nəticəsində yaranan daşqınlardan qaynaqlanan təhlükə ilə üzləşə bilər.
AvroMedia..Az xəbər verir ki, bu barədə ABŞ Milli Meteorologiya Xidməti cümə axşamı xəbərdarlıq məlumatı yayıb.
"Meşə yanğınları nəticəsində yaranan tüstü Böyük Göllərin və ABŞ-ın şimal-qərbinin böyük bir hissəsinə təsir göstərir. Hava keyfiyyəti ilə bağlı xəbərdarlıqlar qüvvədədir", - açıqlamada bildirilir.
Oxşar xəbərdarlıqlar ABŞ-nin Orta Qərb bölgələri üçün də edilib.
Xəbərdarlıqda o da qeyd olunub ki, Texas sakinləri daşqınlara səbəb ola biləcək güclü yağışlarla üzləşəcəklər.
"Texasın cənub və mərkəzi hissəsində ən azı cümə gününə qədər həyati təhlükə yaradan genişmiqyaslı daşqınlar gözlənilir", - məlumatda qeyd olunub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi