Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya həyata keçirdiyi hücumları pisləyərək, belə davranışın regional təhlükəsizliyi təhdid etdiyini və beynəlxalq hüququ pozduğunu bildirib.
AvroMedia.Az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi cümə axşamı açıqlama yayıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi cümə axşamı açıqlama yayıb.
Nazirliyin bəyanatında deyilir ki, Səudiyyə Ərəbistanı “qardaş ölkələrin İranın amansız hücumlarına cavab olaraq atdıqları bütün tədbirləri tam dəstəkləyir”. Bəyanatda həmçinin vurğulanıb ki, krallıq İranın “regionun təhlükəsizliyi və sabitliyini təhdid edən, beynəlxalq hüququn prinsiplərini və mehriban qonşuluq münasibətlərinin qaydalarını pozan hərəkətlərini” qətiyyətlə pisləyir.
Gunaz.tv-nin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi hərbi eskalasiyanın dərhal dayandırılmasına, dialoqun bərpa olunmasına və mübahisələrin diplomatik yollarla həll edilməsinə çağırıb.
Qeyd edək ki, ABŞ-nin bombardmanlarına cavab olaraq İran Körfəz ölkələrini, həmçinin ABŞ-nin bu bölgədəki maraqlarını hədəfə alır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi