Səudiyyə Ərəbistanı heyvandarlıq sahəsində qeyri-adi addım atıb. Ölkədə dəvələrin qeydiyyatı üçün yeni və rəqəmsal nəzarət mexanizmi işə salınıb. Bu mexanizm çərçivəsində hər bir dəvəyə dövlət səviyyəsində rəsmi sənəd təqdim olunur.
AvroMedià Az xəbər verir ki, tətbiq olunan sistem vasitəsilə heyvanların sağlamlıq göstəriciləri, tibbi müayinələri və peyvənd məlumatları vahid bazada toplanacaq. Eyni zamanda dəvənin kimə məxsus olduğu, hansı təsərrüfatda saxlanıldığı və bioloji xüsusiyyətləri də sənəddə əksini tapacaq.
Rəsmi qurumların açıqlamasına görə, bu yenilik yoluxucu xəstəliklərin yayılma riskini minimuma endirməyə, baytarlıq nəzarətini isə daha çevik və effektiv etməyə hesablanıb. Layihə həmçinin damazlıq işlərinin sistemli şəkildə aparılmasına şərait yaradacaq.
Mütəxəssislər bildirir ki, xüsusilə dəvə sayının çox olduğu ərazilərdə bu cür qeydiyyat mexanizmi risklərin vaxtında müəyyən olunması və təsərrüfatların məhsuldarlığının artırılması baxımından ciddi əhəmiyyət daşıyır

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu