Bu ilin yanvar-may aylarında Azərbaycan 220,2 min ABŞ dolları dəyərində 175,3 ton lobya (təzə və ya soyudulmuş) ixrac edib.
AvroMedia.Az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 23 % çoxdur.
Azərbaycan Rusiyaya 208 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 78 % çox) 160,9 ton (+21 %) və Gürcüstana 12,2 min ABŞ dolları dəyərində (+49 %) 14,4 ton (+52 %) məhsul satıb.
Hesabat dövründə ölkəyə xaricdən 18,45 min ABŞ dolları dəyərində (-66 %) 25,2 ton (-67 %) lobya gətirilib.
Azərbaycan Türkiyədən 16,1 min ABŞ dolları dəyərində (-70 %) 22,4 ton (-71 %), İrandan 1,95 min ABŞ dolları dəyərində (+49 dəfə) 2,8 ton (+40 dəfə) Birləşmiş Ərəb Əmirliklərindən 0,2 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) və Çindən 0,2 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çindən tədarük həyata keçirilib.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu