Yazıçı-publisist Yunus Oğuzun “Türk” etnonimi və törələri adlı kitabı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib.
AvroMedia.Az xəbər verir ki, kitab qədim mənbələr, etnoqrafik materiallar və müasir elmi araşdırmalar əsasında türk kimliyinin formalaşmasını fərqli aspektdən təqdim edir. Müəllif nəşrdə “türk” etnoniminin mənşəyi, türk törələri və milli kimliyin tarixi inkişafı ilə bağlı araşdırmalarını oxucuların diqqətinə çatdırır.
Respublika Gənclər Kitabxanasının fonduna daxil edilən nəşr bundan sonra kitabxananın oxucularının istifadəsinə veriləcək. Türk tarixi, etnoqrafiyası və milli-mədəni irsi ilə maraqlanan oxucular kitabdan kitabxanada faydalana biləcəklər.
Qeyd edək ki, kitab haqqında daha ətraflı məlumatı www.ryl.az saytından əldə etmək mümkündür.

Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
30 yaşa çatmadan bu vərdişləri tərgidin
Qızıl üçün yeni rekord proqnoz: 6 300 dollara çata bilər
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Şənbə günü 38 dərəcə - Hava proqnozu
Təhsil TV-yə direktor təyin edildi
Pulu və noutbuku oğurladı
Məşhur futbolçu saxlanıldı - Adı 4 cinayət işində hallanır
Parlament beynəlxalq sənədi ratifikasiya etdi