Arıqlama dərmanları ilə bağlı bunları bilməlisiniz
Tarix: Bu gün, 08:42
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Arıqlama dərmanları ilə bağlı bunları bilməlisiniz

Bu gün, 08:42

Yeni araşdırma göstərib ki, piylənmə ilə mübarizədə istifadə olunan dərmanlar əhəmiyyətli çəki itkisinə səbəb olsa da, onların əksəriyyəti bir illik istifadədən sonra insanların həyat keyfiyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmır.
AvroMedia.Az  məlumatına görə, nüfuzlu “The BMJ” tibb jurnalında dərc olunan tədqiqat çərçivəsində təxminən 100 min iştirakçının cəlb olunduğu 262 klinik sınaq və 19 müxtəlif preparat təhlil edilib.
Araşdırma zamanı alimlər müəyyən ediblər ki, daha çox çəki itkisi, eyni zamanda, yan təsirlərin artması və müalicənin yarımçıq dayandırılması halları ilə əlaqəlidir.
Tədqiqat müəllifləri bildiriblər ki, əksər preparatlar həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmır və yalnız az bir hissəsi ürək-damar sağlamlığı baxımından müsbət nəticələr göstərir.
İştirakçılar standart sağlamlıq və həyat keyfiyyəti sorğularını doldurublar. Nəticələr göstərib ki, yalnız həyat tərzi dəyişiklikləri ilə müqayisədə dərman istifadəsi həyat keyfiyyətində klinik baxımdan mühüm fərq yaratmayıb.
Araşdırmaya əsasən, “Mounjaro” və “Zepbound” preparatlarının aktiv maddəsi olan tirzepatid, eləcə də, hələ klinik istifadəyə təsdiqlənməmiş “CagriSema” artıq çəkili insanlarda ən böyük çəki itkisinə səbəb olan vasitələr sırasında yer alıb.
“Ozempic” və “Wegovy” dərmanlarında istifadə olunan semaqlutid isə ölüm və ciddi ürək-damar hadisələrinin riskini azaltmaq baxımından ən güclü elmi sübutlara malik preparat hesab olunur.
Bununla yanaşı, alimlər xəbərdarlıq edirlər ki, həm tirzepatid, həm də semaqlutid yağ kütləsi ilə yanaşı, orqanizmdə əzələ və digər toxumalardan ibarət bədən kütləsinin azalmasına da səbəb ola bilər. Bu isə yıxılma, sümük sınıqları və vaxtından əvvəl ölüm riskini artırır.
Tədqiqat müəllifləri qeyd ediblər ki, mövcud klinik sınaqların əksəriyyəti qısamüddətlidir və bu preparatların uzunmüddətli təsirlərini tam qiymətləndirmək üçün əlavə araşdırmalara ehtiyac var.
Araşdırmada iştirak etməyən Kembric Universitetinin mütəxəssisi Mari Sprekli vurğulayıb ki, həyat keyfiyyəti mürəkkəb anlayışdır və standart ölçülər piylənmədən əziyyət çəkən insanların bütün təcrübələrini tam əks etdirməyə bilər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ