Naxçıvan şəhərində avtobusun yanması ilə nəticələnən hadisə baş verib.
AvroMedia.az xəbər verir ki, hadisə köhnə avtobuslar üçün nəzərdə tutulmuş dayanacaq ərazisində qeydə alınıb.
İlkin məlumata görə, yanğın istismardan çıxarılan avtobusda başlayıb və alov yaxınlıqda dayanmış digər avtobusa da keçib.
Yanğın nəticəsində xəsarət alan olmasa da, avtobuslardan biri tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və polis əməkdaşları cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə lokallaşdırılaraq söndürülüb.
Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib
30 yaşa çatmadan bu vərdişləri tərgidin
Qızıl üçün yeni rekord proqnoz: 6 300 dollara çata bilər
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Şənbə günü 38 dərəcə - Hava proqnozu
Təhsil TV-yə direktor təyin edildi
Pulu və noutbuku oğurladı
Məşhur futbolçu saxlanıldı - Adı 4 cinayət işində hallanır
Parlament beynəlxalq sənədi ratifikasiya etdi