Azərbaycanda kimdən soruşsan “uşaq da bacarar” dediyi çay dəmləmək əslində elə də asan deyilmiş.
AvroMedia.Az Bizim.Media-ya istinadən xəbər verir ki, mütəxəssislər çayın düzgün dəmləmə qaydasını izah ediblər.
Çünki çayın düzgün dəmlənməsi içindəki maddələrin aktiv sayına təsir göstərir. Belə ki, daha uzun müddət dəmləmə və daha yüksək temperatur flüoridin fincana ötürülməsini artıra bilər.
Flüorid adətən diş məcununda rast gəlinən bir maddədir. Az miqdarda təhlükəli deyil. Amma mütəmadi qəbul edildikdə, ishal və ağızda duzlu və ya sabunlu dad yarada bilər. Böyük miqdarda isə ciddi zəhərlənməyə səbəb olar. Halsızlıq, əzələ spazmları, qıcolmalar, ürək ritminin pozulması yaşayanlar səbəbi tünd içdiyi çayda axtarsınlar.
Uzun müddət məruz qalma dişlərdə ləkələnmə və mina dəyişiklikləri (dental flüoroz), daha ağır hallarda isə sümüklərə təsir (skelet flüorozu) yarada bilər.
Potensial riski sadə addımlarla azalda bilərsiniz: çayı həddindən artıq dəmləməyin, “çay nədir, say nədir” aforizmini kınara qoyun və sayı məhdudlaşdırın. Orta dəmlənmiş, xüsusən də iri yarpaqlı çay seçin və mənşəyi bilinməyən ucuz qarışıqlardan çəkinin.

Bakının bu yollarında təmir gedir
İsrail qırıcıları İrana doğru uçur
Məşhəddə Əli Xameneinin dəfn mərasimi başladı
Ankaradan ayrılan Trampdan gözlənilməz addım
İnfarkt və insulta səbəb olan əsas yeməklər
Sosial layihə üzrə nə qədər mənzil satılıb?
Böyük Britaniya Azərbaycan gəmisini sanksiya altından çıxardı
Ərdoğan liderlərə nə hədiyyə edib?
Bu rayonda beş küçəyə şəhidlərin adı verildi
Bu günün valyuta məzənnələri