ABŞ İranın 90 hərbi obyektinə zərbə endirib
Tarix: Bu gün, 08:30
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ İranın 90 hərbi obyektinə zərbə endirib

Bu gün, 08:30

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarından sonra ölkənin sahil xətti boyunca yerləşən təxminən 90 hərbi obyektə zərbələr endirildiyini açıqlayıb.
AvroMedia.Az xəbər verir ki, CENTCOM-un açıqlamasına görə, əməliyyatın məqsədi İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyi hədəfə almaq imkanlarını zəiflətmək olub.
Məlumata əsasən, zərbələr hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə vasitələrini, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələri, dəniz hərbi imkanlarını və logistika infrastrukturunu hədəf alıb.
Komandanlıq bildirib ki, son əməliyyat əvvəlki gecə həyata keçirilən hücumların davamı olub və İranın Hörmüz boğazında üç kommersiya gəmisinə hücumundan sonra icra edilib.
CENTCOM həmçinin qeyd edib ki, iyulun 7-də həyata keçirilən əvvəlki əməliyyat zamanı İranın təxminən 80 hərbi hədəfi, o cümlədən, İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus 60-dan çox sürətli qayıq məhv edilib.
ABŞ hərbi komandanlığı İranın kommersiya gəmilərinə hücum etməklə atəşkəsi pozduğunu bildirib və bu səbəbdən Tehrana qarşı “ağır bədəl” tətbiq olunduğunu vurğulayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ