Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı
Tarix: Bu gün, 20:56
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı

Bu gün, 20:56

"Bu gün dənizə tək getmək məqsədəuyğun deyil”.
AvroMedia.Az
  xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla son günlər dənizdəbatma hallarının artmasının səbəblərindən danışarkən deyib.
Adil Qeybulla hesab edir ki, bu faciələrin böyük əksəriyyətinin qarşısını sadə təhlükəsizlik qaydalarına əməl etməklə almaq mümkündür.
O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, dənizə gedən şəxslər tək olmamalı və imkan daxilində sahildən uzaqlaşmamalıdırlar:
"Dənizə gedən şəxsin yanında mütləq kimsə olmalıdır. Çimərkən  sahildən uzaq məsafəyə üzmək təhlükəlidir. Dənizə getməkdə əsas məqsəd dəniz vannası qəbul etmək və istirahət etməkdir.  Dəniz üzgüçülük yarışı deyil. Buna görə də uzaq məsafələrə  üzmək və tək qalmaq ciddi risk yaradır. Dənizə gedən hər kəs bu   qaydalara əməl etməlidir".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ