Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərindən Pakistanın Kəraçi şəhərinə uçan yük təyyarəsi Ərəbistan dənizi üzərində radarlardan itib.
AvroMedia.Az xəbər verir ki, Pakistan yük şirkətinə məxsus “Boeing 737-400” tipli təyyarənin göyərtəsində 5 nəfər ekipaj üzvünün olduğu bildirilir.
Qeyd edilir ki, təyyarə Kəraçi yaxınlığında Ərəbistan dənizi üzərində uçarkən onunla əlaqə kəsilib.
Pakistan Mülki Aviasiya İdarəsi açıqlayıb ki, təyyarə radarlardan itməzdən əvvəl ekipaj mühərrik nasazlığı barədə məlumat verib.
Hadisənin səbəbləri və təyyarənin taleyi ilə bağlı axtarış-xilasetmə işləri davam edir.

Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı
İlham Əliyev Şuşa ilə bağlı qanun imzaladı
NATO Ankara Bəyannaməsini qəbul edib
Nəcəf və Kərbala Xamenei ilə vidalaşır
Ən zərərli çörək növü hansıdır?
Əmtə bazarlarında qızılın ucuzlaşması davam edir
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Bu günün valyuta məzənnələri