AvroMedia.Az xəbər verir ki, onun sözlərinə görə, qəhvə mədədə xlorid turşusunun ifrazını stimullaşdırır. İnsan qəhvəni acqarına içdikdə, mədədə qida olmadığı üçün turşu selikli qişaya daha aqressiv təsir göstərir. Bu isə qarının yuxarı hissəsində narahatlıq, yanğı hissi, ağırlıq və ağrılara səbəb ola bilər.
Həkim xüsusilə qastrit, qastroezofageal reflüks xəstəliyi, mədə xorası və ya həssas mədəsi olan insanlara diqqətli olmağı tövsiyə edib. Onun sözlərinə görə, belə şəxslərdə acqarına qəhvə içmək mədə yanmasını gücləndirə, gəyirməyə və ağızda turş dad hissinin yaranmasına səbəb ola bilər.
O qeyd edib ki, qəhvə həmçinin öd kisəsinin yığılmasını stimullaşdırır. Sağlam insanlarda bu adətən problem yaratmasa da, öd yolları sistemi xəstəlikləri olan şəxslərdə sağ qabırğaaltı nahiyədə narahatlıq yarana bilər.
Həkim vurğulayıb ki, qəhvə özü-özlüyündə qastrit və ya mədə xorasının yaranmasına səbəb olmur. Lakin mövcud simptomları gücləndirə və daha qabarıq şəkildə hiss olunmasına gətirib çıxara bilər.
Bundan əlavə, qəhvə bağırsaqların hərəkət aktivliyini də artırır. Həkimin sözlərinə görə, bu, bəzi insanlar üçün üstünlük hesab olunur və səhər bağırsaqların boşalmasına kömək edir. Digər insanlarda isə spazmlar, qurultu və ishala səbəb ola bilər.

Dünya çempionatının oyununa bilet səkkiz milyon dollara satılır
Sabah bu ərazidə qaz olmayacaq
Sabah bağçalara elektron qəbul başlayacaq
Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ
Sabah çimərliklərdə hava necə olacaq?
Bu avtobuslarda gedişhaqqı artırıldı
Bakıda işləyənlərin maaşı 1400 manata çatır
Konstitusiya Məhkəməsi Milli Məclisə tövsiyə verdi
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb