Xəbər verdiyimiz kimi, dünən Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsi Rusiya Silahlı Qüvvələrinin dron hücumuna məruz qalıb.
AvroMedia.Az xəbər verir ki, hücum anının görüntüləri teleqram kanallarında yayılıb.
Qeyd edək ki, hücum nəticəsində yanacaqdoldurma məntəqəsində partlayış baş verib, məntəqənin inzibati binasına ziyan dəyib.
Xatırladaq ki, ötən ilin yayında Ukraynanın Jitomir vilayətinin Berezina kəndində baş vermiş partlayışlar nəticəsində Azərbaycanın “SOCAR Energy Ukraine” şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsinə də ciddi ziyan dəymişdi. Bundan başqa, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hücum etmişdi. PUA zərbələri nəticəsində yanğın baş vermiş, dörd nəfər ağır yaralanmışdı.

Dünya çempionatının oyununa bilet səkkiz milyon dollara satılır
Sabah bu ərazidə qaz olmayacaq
Sabah bağçalara elektron qəbul başlayacaq
Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ
Sabah çimərliklərdə hava necə olacaq?
Bu avtobuslarda gedişhaqqı artırıldı
Bakıda işləyənlərin maaşı 1400 manata çatır
Konstitusiya Məhkəməsi Milli Məclisə tövsiyə verdi
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb