Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.
AvroMedia.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 46 ailə - 223 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Dünya çempionatının oyununa bilet səkkiz milyon dollara satılır
Sabah bu ərazidə qaz olmayacaq
Sabah bağçalara elektron qəbul başlayacaq
Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ
Sabah çimərliklərdə hava necə olacaq?
Bu avtobuslarda gedişhaqqı artırıldı
Bakıda işləyənlərin maaşı 1400 manata çatır
Konstitusiya Məhkəməsi Milli Məclisə tövsiyə verdi
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb