Azərbaycanda doğum göstəriciləri azalmağa davam edir.
AvroMedia.Az Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2025-ci ilin (yanvar-may) aylarında 38 836 uşaq, 2026-cı il (yanvar-may) aylarında 28 631 körpə dünyaya gəlib.
Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb. Hər 1000 nəfərə düşən doğum əmsalı isə 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib.
Qeyd edək ki, 2024-cü ilin ilk beş ayında (yanvar-may) Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ümumilikdə 43 min 317 doğulan körpə qeydə alınmışdı.
Demoqrafik göstəricilər bu il Azərbaycanda doğulan uşaq sayının təxminən 75-80 min civarında olacağını göstərir. Bu isə ölkədə doğum göstəricilərinin 1947-cı ildən bəri ən aşağı göstərici olacağını deməyə əsas verir.

Ermənistan müxalifətinin iddiaları rədd edilib
Zəngilanda iki nəfər çayda boğulub öldü
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
Qorxulu yuxular görməyin səbəbləri
Türkiyədən Rusiyaya gedən təyyarə qəza siqnalı verdi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Trampın Ankara səfəri...
Sankt-Peterburqa dron hücumu
İndiyədək 100 dollarlıqda belə imza olmayıb
Daha bir ölkə Orta Dəhlizə qoşulur
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin!