AvroMedia.Az xəbər verir ki, bu barədə terapevt və kardioloq Andrey Kondraxin "Aif.ru"ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, orqanizm həddindən artıq qızdıqdan sonra soyuq su içilməsi daxili orqanların kəskin soyumasına səbəb olur.
"Soyuq su mədəni tez soyudur, qan isə bu soyuqluğu qaraciyər və mədəaltı vəzə ötürür. Bu isə orqanizm üçün stress yaradır və soyuqdəymə riskini artıra bilər", - deyə o qeyd edib.
Mütəxəssis isti havalarda buzlu içkilər əvəzinə ilıq su içməyi tövsiyə edib. Onun sözlərinə görə, bədən temperaturuna yaxın olan su daha sürətlə mənimsənilir, əlavə enerji sərf olunmadan orqanizmin maye ehtiyatını bərpa edir.
Andrey Kondraxin isti havalarda düzgün su qəbulunun da vacibliyini vurğulayıb. O bildirib ki, gündəlik su norması hər kiloqram çəkiyə təxminən 30 millilitr hesabı ilə müəyyənləşdirilməlidir. Su bir dəfəyə deyil, kiçik qurtumlarla və tədricən içilməlidir. Gəzinti zamanı da suyu az-az qəbul etmək tövsiyə olunur. Həkim bildirib ki, qısa müddətdə çoxlu su içmək ürəyə əlavə yük yarada bilər.

Ermənistan müxalifətinin iddiaları rədd edilib
Zəngilanda iki nəfər çayda boğulub öldü
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK
Qorxulu yuxular görməyin səbəbləri
Türkiyədən Rusiyaya gedən təyyarə qəza siqnalı verdi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Trampın Ankara səfəri...
Sankt-Peterburqa dron hücumu
İndiyədək 100 dollarlıqda belə imza olmayıb
Daha bir ölkə Orta Dəhlizə qoşulur
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin!