ABŞ-də aparılan yeni araşdırma göstərib ki, A və D vitaminlərinin yüksək səviyyədə olması astımlı uşaq və böyüklərdə ağciyər funksiyasının daha yaxşı olmasına kömək edə bilər.
AvroMedia.Az xəbər verir ki, araşdırma Boston şəhərində yerləşən hospitallardan birinin alimləri tərəfindən aparılıb.
AvroMedia.Az xəbər verir ki, araşdırma Boston şəhərində yerləşən hospitallardan birinin alimləri tərəfindən aparılıb.
Mütəxəssislər bildiriblər ki, astımın tam müalicəsi olmasa da, A və D vitaminləri xəstəliyin gedişatına müsbət təsir göstərə bilər. Araşdırmanın nəticələrinə əsasən, qanda A vitamini səviyyəsi yüksək olan astımlı uşaq və böyüklərdə ağciyər funksiyası daha yaxşı olub. D vitamini səviyyəsi yüksək olan böyüklərdə isə həm ağciyər fəaliyyəti daha yaxşı qiymətləndirilib, həm də bioloji yaşlanmanın daha yavaş getdiyi müşahidə edilib.
Tədqiqat çərçivəsində Kosta-Rikada 1165 astımlı uşaq və 1041 yetkin iştirakçının A və D vitamini səviyyələri ilə ağciyər funksiyası müqayisə olunub.
Alimlər qeyd ediblər ki, əvvəlki araşdırmalarda bu vitaminlərin astıma təsiri ilə bağlı fərqli nəticələr əldə edilsə də, son tədqiqat onların xüsusilə ağciyər sağlamlığı baxımından faydalı ola biləcəyini göstərir.
Mütəxəssislərin sözlərinə görə, A vitamini əsasən yerkökü, şirin kartof, ispanaq və qaraciyərdə, D vitamini isə yağlı balıqlar, yumurta və günəş şüalarının təsiri ilə orqanizmdə sintez olunur.
Bununla belə, həkimlər vitamin əlavələrinin yalnız mütəxəssis məsləhəti ilə qəbul edilməsini tövsiyə edirlər.

Ermənistan müxalifətinin iddiaları rədd edilib
Zəngilanda iki nəfər çayda boğulub öldü
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK
Qorxulu yuxular görməyin səbəbləri
Türkiyədən Rusiyaya gedən təyyarə qəza siqnalı verdi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Trampın Ankara səfəri...
Sankt-Peterburqa dron hücumu
İndiyədək 100 dollarlıqda belə imza olmayıb
Daha bir ölkə Orta Dəhlizə qoşulur
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin!