İngiltərədə sakinləri daha aktiv həyat tərzinə təşviq etmək məqsədilə Milli Səhiyyə Xidməti tərəfindən yeni təşəbbüsə start veriləcək.
AvroMexia.Az bu barədə BBC-yə istinadla xəbər verir.
Gələn ilin əvvəlindən tətbiq olunacaq proqram çərçivəsində hər gün təxminən 30 dəqiqə piyada gəzən iştirakçılar müxtəlif mükafat və güzəştlər əldə edə biləcəklər.
“Bir ayda marafon” adlanan çağırış iştirakçıları ay ərzində ümumilikdə təxminən 42 kilometr, yəni bir marafon məsafəsi qədər piyada getməyə həvəsləndiriləcəklər. İştirakçılar gündəlik yürüşlərini mobil telefon və ya ağıllı saat vasitəsilə qeydə ala, yaxud məlumatları onlayn platformaya daxil edə biləcəklər.Proqram İngiltərənin 10 illik səhiyyə planının tərkib hissəsidir və əhalinin fiziki fəallığının artırılmasına yönəlib. Milli Səhiyyə Xidmətinin məlumatına görə, fiziki passivlik hər altı ölümdən biri ilə əlaqələndirilir. Həftə ərzində cəmi 30 dəqiqədən az orta intensivlikli fiziki fəaliyyət göstərən şəxslər fiziki cəhətdən passiv hesab olunurlar.
Təşəbbüsə 100 mindən çox insanın cəlb edilməsi planlaşdırılır. İştirakçıların gündəlik göstəriciləri rəqəmsal şəkildə qeydə alınacaq. Mükafat və endirim sisteminin detalları, həmçinin qeydiyyat qaydaları yaxın aylarda açıqlanacaq.

Ermənistan müxalifətinin iddiaları rədd edilib
Zəngilanda iki nəfər çayda boğulub öldü
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK
Qorxulu yuxular görməyin səbəbləri
Türkiyədən Rusiyaya gedən təyyarə qəza siqnalı verdi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Trampın Ankara səfəri...
Sankt-Peterburqa dron hücumu
İndiyədək 100 dollarlıqda belə imza olmayıb
Daha bir ölkə Orta Dəhlizə qoşulur
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin!