Köhnə 100 manatlıqlar dövriyyədən çıxarılacaq?
Tarix: Dünən, 23:06
Baxılıb: 8 005
Google+ Paylaş
Tumblr Paylaş

Köhnə 100 manatlıqlar dövriyyədən çıxarılacaq?

Dünən, 23:06

"İstənilən şəxs köhnə 100 manatlıq əsginasları evində saxlaya bilər. Bununla bağlı heç bir problem yoxdur".
AvroMed.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov yenilənmiş 100 manatlıq pul nişanlarının tədavülə buraxılması ilə bağlı qərarı şərh edərkən deyib.
Ekspert bildirib ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna əsasən, ölkədə tədavülə buraxılmış bütün pul nişanları ödəniş vasitəsi kimi qüvvədə qalır:
"Yeni dizaynlı 100 manatlıq əsginaslar dövriyyəyə buraxılacaq. Ancaq bu, köhnə 100 manatlıqların etibarsız sayılması demək deyil. Köhnə əsginaslardan da əvvəlki qaydada istifadə etmək, istənilən ödənişi həyata keçirmək və ya onları Mərkəzi Bankda dəyişmək mümkündür. Bununla bağlı heç bir problem yoxdur".
Əkrəm Həsənov əlavə edib ki, zaman keçdikcə bütün pul əsginasları fiziki cəhətdən köhnəlir və mərhələli şəkildə dövriyyədən çıxarılır:
"Pul nişanları istifadə nəticəsində köhnəlir. Mərkəzi Bank da dövriyyədən toplanan yararsız əsginasları məhv edir. Ancaq kimsə köhnə 100 manatlıqları dəyişmək istəmirsə, onları rahatlıqla evində saxlaya bilər".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, yenilənmiş dizayna malik 100 manatlıq pul nişanı iyulun 15-dən tədavülə buraxılacaq. Bu barədə AMB-nin baş direktoru Rəşad Məmmədov məlumat verib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ