Bakı şəhəri, Nizami rayonu, Babək prospektində açıq ərazidə yanğın baş verib.
AvroMedia.Az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 2 hektar sahədə kol-kos və taxta tullantıları yanıb.
Ətraf ərazilər, o cümlədən ağaclıq sahə yanğından mühafizə olunub.

Azərbaycanda dağıdıcı zəlzələ GÖZLƏNİLİRMİ?
Ronaldunun yeni məşqçisi bəlli oldu
Filtrasiya şirkətlərinə kim nəzarət edir? - Dövlət qurumu açıqladı
Sürücülər üçün vacib dəyişiklik – İşıqforlara yeni işarə əlavə edildi
Ukrayna Krımda dəmir yolu körpüsünə zərbə endirdi
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
“Qarabağ”ın oyununa bilet satışı dayandırıldı
Bu marşrutların hərəkət istiqaməti
Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?