"Başqasının əsnəməsinə həssaslıq insanlarla olan emosional bağlılığın səviyyəsindən asılıdır".
AvroMedia.Az xəbər verir ki, bu barədə nevroloq Karolina Alvares "Metropoles" nəşrinə müsahibəsində bunun səbəblərini izah edib.
Onun sözlərinə görə, insan beyni başqa birinin əsnədiyini müşahidə etdikdə həmin hərəkəti daxildə təqlid edir və bu da insanın özünün də əsnəməsi ehtimalını artırır.
Həkim qeyd edib ki, bu, qeyri-iradi bir prosesdir və yoluxucu gülüş və ya kiminsə qaşındığını gördükdə özündə də qaşınma hissinin yaranması kimi hallarda da müşahidə olunur.
Onun sözlərinə görə, aparılan araşdırmalar göstərib ki, bu hadisə beynin sosial idrak, hərəkətlərin qavranılması və emosiyaların emalı ilə əlaqəli sahələrini əhatə edir.
Həkim əlavə edib ki, başqasının əsnəməsinə həssaslıq yaşdan, diqqətin cəmlənmə səviyyəsindən, həmin insanla olan emosional bağlılıqdan və sinir şəbəkələrindəki fərdi fərqlərdən asılıdır.

Bu marşrutların hərəkət istiqaməti
Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?
104 azərbaycanlı Macarıstana gedəcək - SƏBƏB
Milli Məclis bu məsələlərə görə növbədənkənar toplanır
Naxçıvanda hərbçi vəfat etdi
Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Paşinyan İrana getdi
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim etdi
Tehranda Xamenei ilə vida mərasimi başladı