Rusiyada yanacaq qıtlığı fonunda sürücülər benzinin keyfiyyətini artırdığı iddia olunan qatqılara (prisadkalara) kütləvi maraq göstərməyə başlayıblar.
AvroMedia.Az xəbər verir ki, "Yandex" və Google axtarış sistemlərində benzin qatqıları ilə bağlı sorğular rekord həddə çatıb.
AvroMedia.Az xəbər verir ki, "Yandex" və Google axtarış sistemlərində benzin qatqıları ilə bağlı sorğular rekord həddə çatıb.
Bildirilir ki, may və iyun aylarının əvvəlində Google-da bu məhsullara maraq demək olar ki, olmayıb. Lakin iyulun əvvəlinə doğru axtarışların populyarlıq indeksi maksimum səviyyəyə yaxınlaşıb.
"Yandex" statistikasına əsasən, iyun ayında "benzin üçün qatqı" sorğusu təxminən 36 min dəfə axtarılıb. Bu, əvvəlki ayla müqayisədə beş dəfədən çox artım deməkdir və müşahidələr tarixində rekord göstərici sayılır.
Eyni vaxtda onlayn satış platformalarında da benzin qatqılarının qiyməti bahalaşıb. Məlumata görə, bəzi məşhur məhsulların qiyməti cəmi bir neçə gün ərzində 10-15 faiz artıb.
İstehsalçılar bu qatqıların yanacağın keyfiyyətini yaxşılaşdırdığını və sərfiyyatı azaltdığını iddia edirlər. Alıcıların rəylərində isə artan tələbat birbaşa Rusiyada yaranmış benzin qıtlığı və yanacağın keyfiyyətinin pisləşməsi ilə əlaqələndirilir. İstifadəçilərdən biri yazıb ki, bu qatqı vasitəsilə hazırda satılan Aİ-100 markalı benzini heç olmasa "əsl 100 oktanlı benzinə yaxınlaşdırmağa" ümid edir.
Xatırladaq ki, bundan əvvəl "Kommersant" qəzeti yanacaq böhranı fonunda Rusiya hakimiyyətinin 2013-cü ildən qadağan edilmiş "Avro-2" ekoloji standartlı benzinin yenidən satışına icazə verilməsi imkanını nəzərdən keçirdiyini yazıb. Mütəxəssislərin fikrincə, bu yanacaq daha aşağı keyfiyyətlidir və müasir avtomobil mühərriklərinin daha tez sıradan çıxmasına səbəb ola bilər.

03 İyul ULDUZ FALI: Tələskənlikdən uzaq olun
Yalnızlıq təhlükəlidirmi?
Aİ ölkələri Hörmüz boğazı üçün ödənişləri qəbul edir?
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Xameneinin dəfnində Azərbaycandan onlar iştirak edəcək
Güclü geomaqnit qasırğası olacaq
Pensiyalarla bağlı VACİB XƏBƏR
Suriya və Livan arasında razılaşma imzalanıb
Prezidentdən Səhiyyə Nazirliyi ilə bağlı FƏRMAN
Azərbaycanda bu dövlət qurumları ləğv olundu
Azərbaycana Avropadan turist axını artıb