Türkiyənin istirahət zonalarında iki böyük yanğın
Tarix: Bu gün, 09:53
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyənin istirahət zonalarında iki böyük yanğın

Bu gün, 09:53

Türkiyədə istirahət zonalarında eyni vaxtda iki böyük yanğın baş verib.
AvroMedia.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın ocaqları İstanbulun Böyükada adasında və Alanyada qeydə alınıb. 
Belə ki, ötən axşam Böyükadada yerləşən “Viranbağı Plajı” çimərlik kompleksinin ərazisində yanğın baş verib. Güclü külək alovun sürətlə yaxınlıqdakı meşə massivlərinə yayılmasına səbəb olub.
Yanğının söndürülməsində həm fövqəladə xidmət briqadalarının yerüstü bölmələri, həm də aviasiyası iştirak edib. Yanğınsöndürənlər təhlükəli zonada olan insanları təxliyə ediblər. Dörd nəfər xəstəxanaya yerləşdirilib. Hazırda ərazidə yanğının söndürülməsi üzrə işlər davam etdirilir. 
Daha bir yanğın isə Alanyanın Güllərpınarı rayonunda yerləşən “Elysee Rive Hotel”də baş verib. Hoteldən yüzlərlə turist təxliyə edilib.
Yanğın lokallaşdırılıb və yayılmasının qarşısı alınıb. İlkin məlumatlara görə, ölən və xəsarət alan yoxdur.
Yanğının səbəbi hələlik müəyyən edilməyib. İstintaq aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ