Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.
AvroMedia.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən “Uğur” yaşayış kompleksində qeydə alınıb.
AvroMedia.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən “Uğur” yaşayış kompleksində qeydə alınıb.
Binanın həyətində yerləşən məişət tullantıları yanıb. Məlumat daxil olduqdan sonra əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutularda baş vermiş yanğın qısa müddətdə söndürülüb və alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində altı ədəd plastik tullantı qutusu, yaxınlıqda park edilmiş “Audi” markalı minik avtomobilinin arxa yük hissəsi, “Nissan” və “Ford” markalı minik avtomobillərinin arxa bamperləri, eləcə də “Ford” markalı yük avtomobilinin ön bamperi yanıb.
Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər nəqliyyat vasitələri yanğından mühafizə olunub

Yalnızlıq təhlükəlidirmi?
Benzin qatqılarının satışı və axtarışı rekord qırdı
Aİ ölkələri Hörmüz boğazı üçün ödənişləri qəbul edir?
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Xameneinin dəfnində Azərbaycandan onlar iştirak edəcək
Güclü geomaqnit qasırğası olacaq
Pensiyalarla bağlı VACİB XƏBƏR
Suriya və Livan arasında razılaşma imzalanıb
Prezidentdən Səhiyyə Nazirliyi ilə bağlı FƏRMAN
Azərbaycanda bu dövlət qurumları ləğv olundu
Azərbaycana Avropadan turist axını artıb
Vəkildən “Arzum”un hökmünə etiraz: “5 il 2 ay ağır cəzadır”