“Xarici ölkələrin hüququnda zərər vurma və digər hüquqa zidd nəticə yaradan hallarda təqsir müəyyən edilərkən, varsa - “təqsirin bölüşdürülməsi” institutu tətbiq olunur. Xüsusilə, avtomobil qəzalarında da buna yol verilir. Əgər hər iki tərəfin hadisədə müəyyən təqsiri olduğu müəyyən olunursa, məhkəmə buna bir nisbət müəyyənləşdirərək, zərər vuranın məsuliyyətini həmin nisbətdə azaldır. Məsuliyyət istisna olunmur, amma azaldılır”.
AvroMedia.Az xəbər verir ki, bunu vəkil Fərhad Mehdiyev bildirib.
O qeyd edib ki, “Arzum999” ləqəbli İlduzə Hacıyevaya tətbiq olunmuş 5 il 2 ay azadlıqdan məhrum edilmə cəzası keyərindən artıq sərtddir:
“Azərbaycanda cinayət işlərində, delikt hüququnda, müqavilədən irəli gələn pozuntularda bu institut tətbiq olunmalıdır.
Bu baxımdan bloger “Arzum”a tətbiq olunmuş 5 il 2 ay azadlıqdan məhrum edilmə cəzası bir az ağır, qeyri-mütənasib kimi görsənir. Ümid edirəm apellyasiya məhkəməsi bu müddəti azaldar. Çünki qəza keçirən avtomobilin də hadisədə müəyyən təqsirini təxmin etmək olur - sürətin aşılması, kəmərlərin taxılmaması, idarəetmənin itirilməsi və s. dəqiqləşdirilməlidir.
Ümumiyyətlə, ilk dəfə ehtiyatsızlıqdan törədilən cinayətlərdə şərti məhkumetmə islah məqsədinə daha yaxşı xidmət edir; digər tərəfdən, ölüm hallarında zərərçəkmiş şəxslərin hüquqi varislərinə ödəniləcək kompensasiya məbləği ilə bağlı praktika dəyişilməlidir. Mənəvi zərər məbləği artırılmalıdır. İşlərimizin birində həkim səhvinə görə 75.000 manat mənəvi zərərə dair qətnamə ala bilmişdik, amma sonra belə bir praktika formalaşmadı”.

Yalnızlıq təhlükəlidirmi?
Benzin qatqılarının satışı və axtarışı rekord qırdı
Aİ ölkələri Hörmüz boğazı üçün ödənişləri qəbul edir?
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Xameneinin dəfnində Azərbaycandan onlar iştirak edəcək
Güclü geomaqnit qasırğası olacaq
Pensiyalarla bağlı VACİB XƏBƏR
Suriya və Livan arasında razılaşma imzalanıb
Prezidentdən Səhiyyə Nazirliyi ilə bağlı FƏRMAN
Azərbaycanda bu dövlət qurumları ləğv olundu
Azərbaycana Avropadan turist axını artıb