Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.
AvroMedia.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.
Məlumata görə, agentliyin ləğv olunduğunu elan yol istismar şirkətləri aşağıdakılardır:
“Bakı 1 №-li Yol İstismarı” MMC – direktoru Zaur Həmzəyev,
“Bakı 5 №-li Yol İstismarı” MMC – direktoru İntiqam Hüseynov,
“Bakı 6 №-li Yol İstismarı” MMC – direktoru Tural Dəmirli,
“Bakı 7 №-li Yol İstismarı” MMC – direktoru Müşviq İmranov,
“Bakı 8 №-li Yol İstismarı” MMC – direktoru Cabir Qurbanov,
“Bakı 9 №-li Yol İstismarı” MMC – direktoru Natiq İsmayılov,
“Bakı 10 №-li Yol İstismarı” MMC – direktoru Elman Cavadi,
“1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Etibar Kərimov,
“17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Şahin Süleymanov,
“18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Camal Sadıxov.
Xatırladaq ki, daha əvvəl 1,2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.

Yalnızlıq təhlükəlidirmi?
Benzin qatqılarının satışı və axtarışı rekord qırdı
Aİ ölkələri Hörmüz boğazı üçün ödənişləri qəbul edir?
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Xameneinin dəfnində Azərbaycandan onlar iştirak edəcək
Güclü geomaqnit qasırğası olacaq
Pensiyalarla bağlı VACİB XƏBƏR
Suriya və Livan arasında razılaşma imzalanıb
Prezidentdən Səhiyyə Nazirliyi ilə bağlı FƏRMAN
Azərbaycana Avropadan turist axını artıb
Vəkildən “Arzum”un hökmünə etiraz: “5 il 2 ay ağır cəzadır”