Hipotoniya (aşağı qan təzyiqi) zamanı arterial təzyiqi təkcə dərman vasitələri ilə deyil, digər yollarla da qaldırmaq mümkündür.
AvroMedia.Az xəbər verir ki, rusiyalı terapevt-kardioloq, tibb elmləri namizədi Andrey Kondraxin bunun üsullarını açıqlayıb.
Həkim ilk növbədə gün ərzində qəbul edilən suyun miqdarını artırmağı tövsiyə edib. Onun sözlərinə görə, su damar divarlarına təzyiq edərək qan axınını sürətləndirir. Mayenin bədəndə ləngiməsi üçün isə duz köməyə çatır:
“Duzlu xiyar, siyənək balığı, çips – tərkibində duz olan hər şey bu zaman faydalıdır. Duzlu qara çörək və ya tərkibində yüksək miqdarda duz olan mineral sular da bədənə müsbət təsir göstərəcək”, - deyə mütəxəssis izah edib.
Ekspert qeyd edib ki, tərkibində kofein olan məhsullar – kakao, kofe və çay da təzyiqi qısamüddətli olaraq normallaşdıra bilər.

İtkin-şəhid Xaçmazda dəfn olundu
MEDİA müsabiqənin nəticələrini açıqladı
Bakının bu ərazilərində ev almağa tələsin: Qiymətlər 35 faizə qədər arta bilər
Bu Muzeyə 5 iyulda giriş pulsuz olacaq
Yeni Konstitusiya qüvvəyə mindi - Parlament buraxıldı
Bu ölkədə istidən ölənlərin sayı 900-ə çatdı
Fransa yeni prezidentini bu tarixlərdə seçəcək
"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
Oxu.az xəbər saytının 13 yaşı tamam olur
Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir