Səhər beyninizi 5 dəqiqəyə oyadın
Tarix: Bu gün, 10:03
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Səhər beyninizi 5 dəqiqəyə oyadın

Bu gün, 10:03

Gün boyu enerjili və xoş əhvalda olmaq, həmçinin yaddaşı məşq etdirmək üçün səhərlər beyni düzgün oyatmaq vacibdir.
AvroMedia.Az  "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Ufa Müharibə Veteranları Hospitalının həkimləri danışıb.
Mütəxəssislər oyandıqdan sonra həyatda baş vermiş üç xoş anı xatırlamağı tövsiyə ediblər. Onların sözlərinə görə, bu, insana müsbət enerji verir və əhvalı yaxşılaşdırır.
Daha sonra əvvəlki günün bəzi detallarını yada salmaq məsləhət görülür. Məsələn, içdiyiniz fincanın rəngini və ya son söhbətinizin mövzusunu xatırlamağa çalışın.
Bundan sonra yaddaşı gücləndirmək üçün sadə bir məşq etmək tövsiyə olunur: yaxınlarınızdan birindən istənilən beş sözü deməsini xahiş edin və bir neçə dəqiqə sonra həmin sözləri təkrarlamağa çalışın. Ardınca yeni bir söz öyrənin və onunla bağlı assosiasiyalar qurun. Beynin tam oyanması üçün isə zehində 30-a qədər və sonra geriyə doğru saymaq məsləhətdir.
Həkimlər qeyd ediblər ki, bəzi insanlarda səhərlər bu cür məşqləri etməyə güc olmaya bilər. Bunun səbəbi yuxu çatışmazlığı, orqanizmin susuz qalması və ya hər hansı xəstəlik ola bilər.
Əgər səhərlər başgicəllənmə və gecə tərləmələri müşahidə olunursa, mütləq həkimə müraciət etmək lazımdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ