Azərbaycanda gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsi nəzərdə tutulur.
AvroMedia.Az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
AvroMedia.Az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş yerli mənşəli malların həcminin azı 50 %-nin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir.
Qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Messi indi də filmə çəkilir
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi
Xameneinin dəfn mərasimini minlərlə hərbçi müşaiyət edəcək
Bu məhsulları idxal edə bilməyəcəksiniz
Özəl şirkətlərin ƏDV hesabları ilə bağlı YENİLİK
DTX-ya əlavə səlahiyyətlər verildi
Dini qurumların rəhbərləri Şuşada görüşdü
Daha 6 itkin-şəhidin kimliyi müəyyənləşdirilib
Nazir müavini Ermənistana təhvil verilən meyitlərin sayını açıqladı
Ucuz avtomobillər satışa çıxarılır: Qiymət 1000 manatdan başlayır