Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsi qanunla müəyyənləşir.
AvroMedia.Az xəbər verir ki, bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.
Layihəyə əsasən, vətəndaş yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək.
Keçid müddəasına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu Qanun qüvvəyə mindiyi tarixdən itirilir.
Yeni təklifə əsasən şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.
Müzakirələrdən sonra məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Messi indi də filmə çəkilir
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi
Xameneinin dəfn mərasimini minlərlə hərbçi müşaiyət edəcək
Bu məhsulları idxal edə bilməyəcəksiniz
Özəl şirkətlərin ƏDV hesabları ilə bağlı YENİLİK
DTX-ya əlavə səlahiyyətlər verildi
Dini qurumların rəhbərləri Şuşada görüşdü
Daha 6 itkin-şəhidin kimliyi müəyyənləşdirilib
Nazir müavini Ermənistana təhvil verilən meyitlərin sayını açıqladı
Ucuz avtomobillər satışa çıxarılır: Qiymət 1000 manatdan başlayır