ABŞ prezidenti Donald Tramp yenidən NATO müttəfiqlərini müdafiə xərclərinə görə sərt tənqid edib. O bildirib ki, ABŞ alyansın təhlükəsizliyinin təmin olunmasına digər üzv ölkələrdən qat-qat çox vəsait ayırır, lakin bunun müqabilində heç bir fayda əldə etmir.
AvroMedia.Az xəbər verir ki, Tramp bu fikirləri özünün Truth Social hesabında paylaşaraq mövcud vəziyyəti absurd adlandırıb.
ABŞ prezidentinin sözlərinə görə, NATO-nun müdafiəsinə ayrılan vəsaitlər arasında ən böyük pay Vaşinqtona məxsusdur:
ABŞ – 999 milyard dollar;
Böyük Britaniya – 90,5 milyard dollar;
Fransa – 66,5 milyard dollar;
İtaliya – 48,8 milyard dollar;
Polşa – 44,3 milyard dollar.
"ABŞ NATO-ya digər bütün ölkələrdən qat-qat çox pul xərcləyir. Biz alyansı qoruyuruq, amma bunun müqabilində heç bir fayda əldə etmirik. Bu, tamamilə absurd vəziyyətdir", – deyə Tramp paylaşımında vurğulayıb.
Bu, Trampın NATO üzvlərinin müdafiə xərcləri ilə bağlı ilk tənqidi deyil. O, həm prezidentliyinin əvvəlki dövründə, həm də son çıxışlarında dəfələrlə alyansa üzv dövlətləri müdafiəyə daha çox maliyyə ayırmağa çağırıb. Tramp hesab edir ki, Avropa ölkələri öz təhlükəsizliklərinin maliyyə yükünün daha böyük hissəsini öz üzərlərinə götürməlidirlər.
Onun bu açıqlaması NATO ölkələrinin müdafiə xərclərinin artırılması və kollektiv təhlükəsizlik öhdəliklərinin bölüşdürülməsi ətrafında müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir. Trampın bəyanatının alyans daxilində yeni siyasi müzakirələrə səbəb ola biləcəyi istisna edilmir.

Bu marşrutların hərəkət istiqaməti
Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?
104 azərbaycanlı Macarıstana gedəcək - SƏBƏB
Milli Məclis bu məsələlərə görə növbədənkənar toplanır
Naxçıvanda hərbçi vəfat etdi
Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib
Başqasının əsnəməsini görəndə niyə biz də əsnəyirik?
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Paşinyan İrana getdi
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim etdi
Tehranda Xamenei ilə vida mərasimi başladı