Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu yeni baş məşqçisinin adını açıqlayıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, avstraliyalı mütəxəssis Angelos Postekoqlu klubla 2 illik müqavilə imzalayıb.
O, bu postda portuqaliyalı Jorje Jezuşu əvəz edib.
Xatırladaq ki, Jezuş ötən mövsüm komandanı çempionluğa daşısa da, mövsümün sonunda klubdan ayrılmışdı. "Ən-Nəsr" Kriştianu Ronaldunun 2023-cü ildə heyətə qoşulmasından sonra ilk dəfə ölkə çempionluğunu qazanmışdı.
Qeyd edək ki, Postekoqlunun son iş yeri İngiltərənin "Nottingem Forest" klubu olub. O, daha əvvəl "Tottenhem", "Seltik", həmçinin Yaponiyanın "Yokohama F.Marinos" və Yunanıstanın "Panahaiki" klublarını çalışdırıb.

Rusiyadakı yanacaq böhranı Azərbaycana təsir edəcək?
Azərbaycanda dağıdıcı zəlzələ GÖZLƏNİLİRMİ?
Filtrasiya şirkətlərinə kim nəzarət edir? - Dövlət qurumu açıqladı
Sürücülər üçün vacib dəyişiklik – İşıqforlara yeni işarə əlavə edildi
Ukrayna Krımda dəmir yolu körpüsünə zərbə endirdi
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
“Qarabağ”ın oyununa bilet satışı dayandırıldı
Babəkdə açıq ərazidə yanğın
Bu marşrutların hərəkət istiqaməti