Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 avqust 2026-cı il tarixində BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.
AvroMedia.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar.
"Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat //epayment.dim.gov.az/ saytında verilib) istifadə etmək olar.
"Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
Test imtahanında iştirak etmək üçün qeydiyyat 3 iyul saat 17:00-dan 23 iyul saat 18:00-dək aparılacaq.

Ermənistan müxalifətinin iddiaları rədd edilib
Zəngilanda iki nəfər çayda boğulub öldü
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK
Qorxulu yuxular görməyin səbəbləri
Türkiyədən Rusiyaya gedən təyyarə qəza siqnalı verdi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Trampın Ankara səfəri...
Sankt-Peterburqa dron hücumu
İndiyədək 100 dollarlıqda belə imza olmayıb
Daha bir ölkə Orta Dəhlizə qoşulur
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin!