Bu avtobuslarda gedişhaqqı artırıldı
Tarix: Bu gün, 14:24
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Bu avtobuslarda gedişhaqqı artırıldı

Bu gün, 14:24

Paytaxtda 39 və 77 nömrəli avtobuslarda gedişhaqqı 60 qəpiyə qaldırılıb.
AvroMedia.Az
  “Yenisabah.az”a istinadla xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev 10 qəpiklik artımın səbəbini izah edib.
Onun sözlərinə görə, gedişhaqqı artımı ictimai nəqliyyatda xidmətin yaxşılaşdırılması və avtobus parkının yenilənməsi ilə əlaqədardır:
“Ötən il oktyabrın 1-dən marşut avtobuslarında və metroda gediş haqqı 60 qəpik olub. İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib.
N.Rzayevin sözlərinə görə, əvəllər 39 və 77 nömrəli marşrutlarda köhnə dizel avtobusları işlədiyi üçün bu xətlərdə gediş haqqı 50 qəpik olaraq qalmışdı:
“Həmin vaxt qeyd etdiyiniz marşrut xətlərində sərnişinlərə xidmət göstərən 39 və 77 saylı müntəzəm marşrut xətlərində dizel mühərrikli və nisbətən köhnə buraxılışlı nəqliyyat vasitələri xidmət göstərdiyindən tariflərdə dəyişiklik edilməmiş və 50 qəpik saxlanılıb. Lakin bu aydan 77 saylı müntəzəm marşrut xəttinə CNG texnologiyalı müasir iritutumlu avtobuslar buraxılıb. Həmçinin 39 saylı xəttə yeni buraxılışlı iritutumlu avtobuslar əlavə edilib. Bu səbəbdən tarif müvafiq olaraq qeyd edilən şərtlərə uyğunlaşdırılıb”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ