Kiyevdə partlayış səsləri eşidilib
Tarix: Bu gün, 08:27
Baxılıb: 8 000
Google+ Paylaş
Tumblr Paylaş

Kiyevdə partlayış səsləri eşidilib

Bu gün, 08:27

Ukraynanın paytaxtı Kiyevdə iyulun 8-i səhər saatlarında yenidən partlayış səsləri eşidilib.
"RBK-Ukraina" xəbər verir ki, bu, gün ərzində şəhərdə qeydə alınan ikinci partlayış olub.
Kiyev Şəhər Hərbi Administrasiyası saat 04:46-da paytaxtda hava həyəcanı elan edildiyini açıqlayaraq sakinləri dərhal sığınacaqlara enməyə çağırıb.
Ukrayna Hərbi Hava Qüvvələri isə Kiyev istiqamətində reaktiv pilotsuz uçuş aparatının hərəkət etdiyini bildirib.
Məlumata görə, hava həyəcanı siqnalı ilə eyni vaxtda şəhərdə güclü partlayış səsi eşidilib. İlkin ehtimala əsasən, partlayış hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatını vurması nəticəsində baş verib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ