Nəcəf və Kərbala Xamenei ilə vidalaşır
Tarix: Bu gün, 12:34
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Nəcəf və Kərbala Xamenei ilə vidalaşır

Bu gün, 12:34

İraqda, xüsusən də ölkənin Nəcəf və Kərbəla şəhərlərində İranın mərhum Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin xatirəsinə həsr olunan anım və vida mərasimləri keçirilir.
AvroMedia.Az
xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian və Xameneinin ailə üzvləri də iştirak edirlər.
İraqın Baş naziri Əli əl-Zeydi Xameneinin cənazəsini Nəcəf Beynəlxalq Hava Limanında qarşılayıb.
Tədbirlərdə milyonlarla iraqlının iştirakı gözlənilir. Ə.Xamenei İraqda tanınmış din xadimi idi və milyonlarla iraqlı şiə müsəlman üçün nümunə hesab olunurdu.
Baş nazir Əli əl-Zeydi Ə.Xameneinin genişmiqyaslı matəm tədbirlərinin təşkil edilməsi məqsədi ilə  ölkədə istirahət günü elan edib.
İslam Respublikasının Prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Bağır Qalibaf da vida mərasimində iştirak etmək və İraqın yüksək vəzifəli rəsmiləri ilə danışıqlar aparmaq üçün Nəcəfdədir.
Kərbəla valisi və əyalətin Ali Təhlükəsizlik Komitəsinin sədri Nasif Casim əl-Xəttabi mərasimi böyük bir hadisə adlandıraraq deyib ki, bu anım mərasimi əhəmiyyətli və ciddi nəticələrə səbəb olacaq.
O söyləyib ki, Kərbəladakı vida mərasiminə olduqca çox sayda insan qatılacaq. Nasif Casim əl-Xəttabi vurğulayıb ki, İraqın müxtəlif bölgələrindən bir çox sakin mərasimdə iştirak etmək üçün müqəddəs şəhərə gəlməyə can atır.
Komitə sədri bildirib ki, vida mərasimi üç mərhələdə keçiriləcək: “Çərşənbə axşamı rəsmi dövlət mərasimi, ardınca çərşənbə səhəri Nəcəfdə başqa bir yas mərasimi və yerli vaxtla saat 16:00-da isə Kərbəlada vida mərasimi keçiriləcək”.
Qeyd edək ki, İraqdakı mərasimlər İranda - paytaxt Tehranda və müqəddəs Qum şəhərində keçirilən iki oxşar matəm tədbirindən sonra keçirilir.
Ayətullah Xameneinin dəfn mərasimi cümə axşamı günü keçiriləcək. Onun cənazəsi Xameneinin doğulduğu Məşhəd şəhərindəki İmam Rza Kompleksində torpağa tapşırılacaq. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ