ABŞ administrasiyası İran neftinin satışına müvəqqəti icazə verən ümumi lisenziyanı ləğv edib. Qərar ABŞ ordusunun İranın Sirik, Qeşm adası və Bəndər Abbas bölgələrinə endirdiyi zərbələr və Hörmüz boğazında artan gərginlik fonunda qəbul olunub.
AvroMedia.Az xəbər verir ki, hadisələrin təsiri ilə dünya bazarında neft qiymətləri 2 faizdən çox yüksəlib.
Artan geosiyasi risklər enerji bazarına da təsir göstərib.
Ticarət marşrutlarının təhlükə altına düşəcəyi ilə bağlı narahatlıqlar fonunda “Brent” markalı neftin qiyməti 1,86 dollar (2,58 faiz) bahalaşaraq, bir barel üçün 73,85 dollara yüksəlib. ABŞ-nin WTI markalı xam nefti isə 1,73 dollar (2,52 faiz) artaraq 70,28 dollardan satılıb.

Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı
İlham Əliyev Şuşa ilə bağlı qanun imzaladı
NATO Ankara Bəyannaməsini qəbul edib
Nəcəf və Kərbala Xamenei ilə vidalaşır
Ən zərərli çörək növü hansıdır?
Əmtə bazarlarında qızılın ucuzlaşması davam edir
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Bu günün valyuta məzənnələri