Uşaqların sağlam inkişafı üçün düzgün qidalanma böyük əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, gündəlik qida rasionunda tərəvəzlərin yer alması həm fiziki, həm də zehni inkişafı dəstəkləyən əsas amillərdən biridir.
AvroMedia.Az xəbər verir ki, tərəvəzlər vitamin, mineral, lif və antioksidantlarla zəngin olduğu üçün uşaqların immun sistemini gücləndirir və bir çox xəstəliklərdən qorunmasına kömək edir.
Tərəvəz yeməyin uşaqlara faydaları:
İmmuniteti gücləndirir
Kök, brokkoli, ispanaq, pomidor və bibər kimi tərəvəzlərdə olan A, C və E vitaminləri orqanizmin infeksiyalarla mübarizə aparmasına kömək edir.
Həzmi yaxşılaşdırır
Tərəvəzlərdə olan lif bağırsaqların normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır və bağırsaq mikroflorasını dəstəkləyir.
Sümüklərin inkişafına kömək edir
Yaşıl yarpaqlı tərəvəzlər kalsium, maqnezium və K vitamini ilə zəngindir. Bu maddələr uşaqların sümük və dişlərinin sağlam formalaşmasına dəstək verir.
Artıq çəki riskini azaldır
Tərəvəzlər az kalorili, lakin doyumlu qidalar olduğu üçün uşaqlarda piylənmə riskinin azalmasına kömək edir.
Beyin fəaliyyətini dəstəkləyir
Fol turşusu, dəmir və digər faydalı maddələr diqqətin, yaddaşın və öyrənmə qabiliyyətinin inkişafında mühüm rol oynayır.
Onu necə verməli?
Tərəvəzləri rəngarəng formada boşqaba düzün.
Şorba, omlet, makaron və küftənin içinə əlavə edin.
Uşağı yemək hazırlama prosesinə cəlb edin.
Valideynlər özləri də müntəzəm tərəvəz yeməklə nümunə olsunlar.
Yeni tərəvəzi qəbul etmirsə, məcbur etməyin. Fərqli günlərdə yenidən təklif edin.
Mütəxəssislər vurğulayırlar ki, uşağın gündəlik qida rasionunda müxtəlif növ tərəvəzlərin yer alması gələcəkdə ürək-damar xəstəlikləri, şəkərli diabet və piylənmə kimi problemlərin riskini azaltmağa kömək edə bilər. Buna görə də tərəvəz yemək erkən yaşlardan sağlam qidalanma vərdişinin ayrılmaz hissəsinə çevrilməlidir.

İndiyə kimi çayı səhv dəmləyirmişik — Çox sadə üsulu var
Bakının bu yollarında təmir gedir
İsrail qırıcıları İrana doğru uçur
Məşhəddə Əli Xameneinin dəfn mərasimi başladı
Ankaradan ayrılan Trampdan gözlənilməz addım
İnfarkt və insulta səbəb olan əsas yeməklər
Sosial layihə üzrə nə qədər mənzil satılıb?
Böyük Britaniya Azərbaycan gəmisini sanksiya altından çıxardı
Ərdoğan liderlərə nə hədiyyə edib?
Bu rayonda beş küçəyə şəhidlərin adı verildi
Bu günün valyuta məzənnələri