Təhsil TV-nin direktoru vəzifəsinə Bəhruz Nəzərov təyin edilib.
AvroMedia.az xəbər verir ki, o, müxtəlif illərdə "SPACE" Müstəqil Teleradio Şirkətində, "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyində, "ATV International" telekanalında, "Yurd TV"də müxtəlif vəzifələrdə çalışıb.
Bəhruz Nəzərov həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda "Oil and Industry" jurnalının baş redaktoru olub. Bundan başqa, Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədr müavini, daha sonra isə İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.
O, 2012-ci ildə "Əməkdar jurnalist" fəxri adına, 2025-ci ildə isə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalına layiq görülüb.

Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib
30 yaşa çatmadan bu vərdişləri tərgidin
Qızıl üçün yeni rekord proqnoz: 6 300 dollara çata bilər
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Şənbə günü 38 dərəcə - Hava proqnozu
Pulu və noutbuku oğurladı
Məşhur futbolçu saxlanıldı - Adı 4 cinayət işində hallanır
Parlament beynəlxalq sənədi ratifikasiya etdi