Ermənistan tərəfindən Livana göndərilən humanitar yardım yükü Türkiyə ərazisindən tranzitlə keçib.
AvroMedia.Az xəbər verir ki, erməni mətbuatının məlumatına görə, ümumi 80 tonluq yardım karvanı 4 yük maşınından ibarət olub və iyunun 12-də Marqara sərhəd-keçid məntəqəsindən Türkiyə istiqamətinə daxil olaraq Livana doğru hərəkət edib.
Məlumata əsasən, sərhədin müvəqqəti açılması Ermənistan hökumətinin Baş nazir Aparatı və Xarici İşlər Nazirliyinin Türkiyə tərəfi ilə apardığı danışıqlar nəticəsində əldə olunan razılaşma çərçivəsində mümkün olub.
Göndərilən humanitar yardıma 38 ton tibbi ləvazimat və gigiyena vasitələri, həmçinin 42 ton ərzaq məhsulları – əsasən konservlər və uzunmüddətli saxlanıla bilən qidalar daxildir.

Azərbaycanda PUA-larla bağlı qanuna dəyişiklik edilir
Şəhid övladları “Zəfər” intellektual yay düşərgəsində
Azərbaycanda yumurta 1 qəpiyədək ucuzlaşdı
İçimizdə Yaşayan Yollar
Milli Məclis bu qanunlara dəyişiklik edəcək
Ukrayna üçün 1 milyard vəsait ayrılacaq
Dünyada ilk gəmi tuneli tikilir
Xankəndiyə qayıdırlar
Neftimiz bu gün də ucuzlaşdı
ABŞ-İran danışıqları ləğv edildi
Bu günün valyuta məzənnələri
Smartfon bazarında rekord geriləmə