Naxçıvana uçuşlar ləğv edildi
Tarix: Dünən, 23:44
Baxılıb: 8 003
Google+ Paylaş
Tumblr Paylaş

Naxçıvana uçuşlar ləğv edildi

Dünən, 23:44

Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan reysləri ləğv edilib.
AvroMedia.Az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək. 
"AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir" - məlumatda deyilir. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ